Səidə Mirziyoyeva Karinlə görüşdü
 
        Qazaxıstanın dövlət müşaviri Yerlan Karin Səmərqənddə YUNESKO-nun Baş Konfransının sessiyası çərçivəsində Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ilə görüşüb.
Zeferinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
“Görüşdə iki ölkə arasında mədəni-humanitar əməkdaşlıq və qarşılıqlı fəaliyyət potensialını müzakirə etdik. Regional təşəbbüslərin təşviqi və YUNESKO çərçivəsində transmilli nominasiyaların rasional əlaqələndirilməsi üzrə işlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, - Karin görüş barədə bildirib.
