Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov reytinqdə gerilədi

Sehriyar Memmedyarov ve Teymur Recebov reytinqde geriledi
Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində bir pillə geriləyiblər.

Zeferinfo.az xəbər verir ki, Ş.Məmmədyarov (2746) 14-cü, T. Rəcəbov (2692) 40-cı yerdə qərarlaşıb.

Son ölkə çempionatının qalibi Rauf Məmmədov (2657) 69-cu yerdə qalıb. Siyahıya norveçli Maqnus Karlsen (2837) başçılıq edir.

Qadınlardan Gövhər Beydullayeva (2394) 8 pillə geriləyərək 53-cü sırada yer alıb. Dörd mövqe itirən Günay Məmmədzadə (2390) 57-ci, 10 sıra geriləyən Ülviyyə Fətəliyeva (2374) 67-ci, 3 pillə irəliləyən Xanım Balacayevə (2358) 58-cidir. Gülnar Məmmədova (2352) "100-lüy"ə dönüb və hazırda 91-cidir.

Qadınlarda çinli Yifan Hou (2633) liderdir.