Səhiyyə Nazirliyinin tabeliyindəki körpələr evinin işçilərinin əməkhaqları artırılıb

Sehiyye Nazirliyinin tabeliyindeki korpeler evinin iscilerinin emekhaqlari artirilib
Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verob.

Zeferinfo.az-ın xəbərinə görə, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı
artım əmsalları tətbiq ediləcək:
- baş həkim – 3,0 dəfə;
- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;
- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;
- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.
Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.
Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.