Sehid Xalid Qasimov

Şəhid Xalid Qasımov

01 Yanvar 1970
Ümumi məlumat

Şəhid Xalid Qasımov 1996-cı il iyulun 12-də Cəlilabad rayonunun Moranlı kəndində dünyaya gəlib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri Xalid Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlayan şanlı İkinci Qarabağ müharibəsi zamanı  Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

O oktyabrın 14-də Zəngilanın azad edilməsi zamanı şəhadətə ucalıb. 

Qəhrəmanımız Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. 

Qeyd edək ki, şəhidimiz ailəli idi. Ondan 2 övladı yadigar qalıb.