Şəhid Vüqar Yusifov
Vüqar Yusifov 1976-cı ilin 2 noyabr günündə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən Vüqar Yusifov 1993-cü ildə həmin məktəbi bitirib.
Elə həmin il Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar 1997-ci ildə leytenant rütbəsi aldı və bir il sonra həmin hərbi ali məktəbi başa vurub.
O, 2004-cü ildə Lalə Əliyeva ilə nişanlanıb, 2006-cı ildə isə ailə həyatı qurub. Bu nikahdan onların üç övladı var idi; Ayan Yusifzadə (d. 2007), Aytən Yusifzadə (d. 2009) və Yusif Yusifzadə (d. 2014).
Polkovnik Vüqar Yusifov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhadətə yüksəlib.
Aprelin 6-sı isə Vüqar Yusifov doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və polkovnik Yusifov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Şəhidimiz ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.
2019-cu ildə ARB Aran televiziyasında Vüqar Yusifovun döyüş yolundan bəhs edən "Vüqarlı dağlar" sənədli filmi çəkilib.
Qeyd edək ki, filmin rejissoru Röyal Əliyevdir.