Sehid Vidadi Xelilov

Şəhid Vidadi Xəlilov

01 Yanvar 1970
Ümumi məlumat

Şəhid Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub.

 

1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 


Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhadətə ucalıb. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

İgidimiz Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə",  "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və  "Azərbaycan Bayrağı" ordeni  ilə təltif edilib. 

 

Qeyd edək ki, qəhrəmanımız ailəli idi, 2 övladı yadigar qalıb - oğlu Vaqif (Əli) Xəlilzadə, Qızı Zəhra Xəlilzadə.