Sehid Vadim Qocayev

Şəhid Vadim Qocayev

10 Yanvar 1997
Ümumi məlumat

Vadim Qocayev 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub. Ailəli idi, bir qızı var.

Oğlunun şəhid olması xəbərini alandan sonra Vadimin atası Alik Qocayev həmin gün vəfat edib.

Qəhrəmanımız 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Vadim Qocayev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.