Şəhid Şəhriyar Abdullayev
Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Şəhidimiz ailəli idi, ondan iki qızı yadigar qalıb.
Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyümüzün bərpa olunması üçün başlayan 44 günlük şanlı Vətən savaşında Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrut döyüşlərində şəhid olub və Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Qəhrəmanımız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Habelə, o həmçinin, dövlət başçısı tərəfindən "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.