Sehid Sahib Musayev

Şəhid Sahib Musayev

21 İyul 1984
Ümumi məlumat

Sahib Musayev 1984-cü il iyulun 21-də Qax rayonunun Şotavar kəndində anadan olub.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri olan Sahib Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sahib Musayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Sahib Musayev prezident tərəfindən həmçinin, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.