Sehid Rahil Huseynov

Şəhid Rahil Hüseynov

01 Yanvar 1970
Ümumi məlumat

Rahil Hüseynov 1993-cı ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub.

Kiçik gizir 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si Rahil doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və kiçik gizir uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Rahil Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.