Şəhid Qüdrət Adişov
Şəhid Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində dünyaya gəlib. O sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində yaşayıb. Orta məktəbi də bu qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. İgidimiz, həmçinin, ASAN xidmət könüllüsü kimi çalışıb. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak edib. Q. Adişov görkəmli dramaturq, şair və nasir Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırıb.
Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olmuş qəhrəmanımız 2020-ci il sentyabrın 27-dən Silahlı Qüvvələrimiz tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan İkinci Qarabağ müharibəsində mərdliklə iştirak edib. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən savaşlarda həlak olub. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat-1 qəbiristanlığında torpağa tapşırılıb.
Q. Adişov ölümündən sonra ərazi bütövlüyümüzü təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltfi edilib.