Sehid Qezenfer Mutellimov

Şəhid Qəzənfər Mütəllimov

27 Yanvar 1992
Ümumi məlumat

Qəzənfər Mütəllimov 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində dünyaya gəlib.

Azərbaycan Ordusunun giziri olmuş Qəzənfər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal etdiyi ərazilərin azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəzənfər Mütəllimov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhadətə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. O, həmçinin, dövlət başçısı tərəfindən "Cəbrayılın azad olunmasına görə""İgidliyə görə" medalları ilə təltif olunub.