Şəhid Nurlan Mustafayev
Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Hamlet və Rahilə Mustafayevlərin ailəsində anadan olub.
Şəhidimiz 1997-2005-ci illərdə Nəsimi rayonunun Saleh Poladi adına 159 nömrəli tam orta məktəbində. O 2005-2008-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2008-2013 illərdə isə AAHM-də təhsil alıb. 2010-2013 cü illərdə Almaniya Federativ Respublikasının Ali Hərbi Məktəbində "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb. 4 Xarici dil bilirdi. Nurlan ailəli idi, 1 oğul övladı vətənə əmanət qalıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən savaşlarda vuruşub. O, oktyabrın 12-də Hadrut döyüşlərində şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Habelə, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.