Sehid Musa Esgerov

Şəhid Musa Əsgərov

17 Fevral 1997
Ümumi məlumat

Musa Əsgərov 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. 2003–2011-ci illərdə N. Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011–2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM)də ali təhsil alıb. O subay idi.

Azərbaycan Ordusunun leytenantı olan Musa 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. O sentyabrın 28-də Cəbrayıl rayonu Cəfərabad kəndində kəşfiyyatta olarkən düşmən tərəfindən pusquya düşürülərək şəhid olub onun nəşi 4 gün düşmənin nəzarət etdiyi ərazidə qalıb 02.10.2020 tarixində Azərbaycan Silahlı Qüvvələrin Cəbrayıl uğrunda gedən döyüşlərdə onun nəşi döyüş meydanından götürülərək ailəsinə təhvil verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidimiz, həmçinin, ölümündən sonra prezidentimiz tərəfindən "İgidliyə görə",  "Kəlbəcərin azad olunmasına görə"  medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.