Sehid Mehebbet Mirzeyev

Şəhid Məhəbbət Mirzəyev

16 Dekabr 1994
Ümumi məlumat

Məhəbbət Mirzəyev 1994-cü ilin 16 dekabr günündə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

Məhəbbət 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhadətə yüksəlib.

Aprelin 12-si isə şəhidimizin doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və hərbi qulluqçu Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Məhəbbət ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.