Şəhid kapitan Fikrət Məmmədov
Fikrət Məmmədov 1982-ci ildə anadan olub.
Kapitan olan Fikrət 2014-cü ildə, mayın 27-dən 28-nə ötən gecə, saat 2.55 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Füzuli rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhadatə yüksəlib.
Mayın 29-u Fikrət Məmmədov Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və kapitan Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Fikrət Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.