Sehid Kamran Huseynov

Şəhid Kamran Hüseynov

01 Yanvar 1970
Ümumi məlumat

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Kamran Hüseynov 1996-cı il avqustun 14-də Naxçıvan şəhərində dünyaya göz açıb.

2002-2013-cü illərdə Bakı şəhərində 287 saylı Zəkalar liseyində, 2013-2017-ci illərdə isə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb.

Kamran Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

İgidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Əsgərimiz oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhadətə ucalıb, İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Şəhidimiz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Kamran Hüseynov ailəli idi. Ondan bir oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!