Sehid Firuz Ehmedov

Şəhid Firuz Əhmədov

09 Dekabr 1985
Ümumi məlumat

Firuz Əhmədov 1985-ci il dekabrın 9-da Tovuz şəhərində dünyaya gəlib.

Firuz 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Firuz Əhmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhadətə yüksəlib.