Sehid Ferzali Ferzeliyev

Şəhid Fərzalı Fərzəliyev

01 Yanvar 1970
Ümumi məlumat

Fərzəliyev Fərzalı Əli­mövsüm oğlu 11 avqust 2000-ci ildə Ucar rayonunun Alpı kəndində anadan olub. 2007-ci ilin sentyabr ayında Ucar rayonu A.Abdullayev adına Alpı kənd tam orta məktəbin I sinfinə gedib, 2016-cı ildə həmin məktəbin ümumi orta təhsil səviyyəsini (IX sinfi) bitirib.

Ailədə 2 qardaş və 1 bacı olublar. Evin kiçik övladı olan şəhidimiz nişanlı idi.

Məktəbdə oxuduğu müddətdə nizam-intizamlı, etik davranışı və vətənpərvərliyi ilə seçilən şagirdlərdən olub.

2018-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissələrində qulluq edib.

7 yanvar 2020-ci il tarixində, saat 14:56 radələrində son xidmət yeri olan Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən düşmən snayperindən açılan atəş nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzalı Əli­mövsüm oğlu şəhadətə ucalıb.

Qəhrəmanımız doğulduğu Ucar rayonu, Alpı kəndində 8 yanvar 2020-ci ildə dəfn edilib.

Allah rəhmət eləsin!

Şəhidlərimizin ruhu artıq şaddır. Ona görə ki, Azərbaycan suverenliyini, ərazi bütövlüyünü əldə edib.