Sehid Emin Bagirov

Şəhid Emin Bağırov

15 İyul 1996
Ümumi məlumat

Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində dünyaya gəlib. 2014-cü ildə Bakıda 182 nömrəli məktəbi bitirib.

Şəhidimiz idmanın 7 növü ilə (kikboks, cüdo, sambo, sərbəst və klassik güləş, uşu-sando, boks) məşğul olub, çoxlu nailiyyətlər əldə edib və diplomlarla mükafatlandırılıb. Zenit İdman Klubunda, Gilan İdman Klubunda, Binəqədidə uşu-sando üzrə mükafatlar alıb. 2014-cü ildə Emin Bağırov uşu-sando idman növü üzrə Azərbaycan birinciliyini qazanıb.

Emin 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində, daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.

Əsgər Emin Bağırov, 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşləri zamanı şəhid olub.  Aprelin 6-da isə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda dəfn edilib.

O ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.