Sehid Elvin Abdurahmanov

Şəhid Elvin Abdurahmanov

01 Oktyabr 1996
Ümumi məlumat

Elvin Abdurahmanov 1996-cı il oktyabrın 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. O, milliyyətcə ləzgi idi.

Şəhidimiz 2003–2014-cü illərdə Əmirvan kənd tam orta məktəbində təhsil alıb. Subay idi.


Elvin Abdurahmanov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Kəngərli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan Elvin Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhidlik zivəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

O, həmçinin, prezident tərəfindən "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.