Sehid Elsen Xankisiyev

Şəhid Elşən Xankişiyev

01 Yanvar 1970
Ümumi məlumat
Şəhid Xankişiyev Elşən Elşad oğlu 23 iyun 2000-ci il tarixdə Neftçala şəhərində dünyaya göz açıb. 2006-2011-ci illərdə Neftçala şəhər Məhəmməd Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada ilk orta təhsilini alıb. Ailə vəziyyəti ilə əlaqədar 2011-2015-ci illərdə Neftçala şəhər Humanitar təmayüllü “Muğan” liseyində orta təhsilini davam etdirib.

İgidimiz 2015-2017-ci illərdə Neftçala Peşə məktəbində daxil olub və çilingər ixtisasına yiyələnib. 2018-ci ilin iyul ayında Neftçala rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra Neftçala rayonunun Yenikənd kəndində yerləşən “Azerbaijan Fish Farm” MMC-də balıqyetişdirən vəzifəsində işləyib.

21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən təlimlərə cəlb olunub. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlayan Vətən Müharibəsində qəhrəmanlıqla edib. 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sənəcamlarına əsasən o, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Cəsur döyüşçümüz 19.07.2022-23.09.2022-ci il tarixlərində Komando Dağ təlim mərkəzində komando başlanğıc kursunu müvəffəqiyyətlə bitirib və komando təlim kursunun döş nişanını daşımasına layiq görülüb.

19 sentyabr 2023-cü il tarixdə lokal xarakterli antiterror əməliyyatları zamanı mərdlik göstərərək şəhidlik zirvəsinə ucalıb. 21 sentyabr 2023-cü il tarixində Neftçala şəhər Mərkəzi qəbirstanlığı, Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şəhid Xankişiyev Elşən Elşad oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Allah rəhmət eləsin!