Sehid Elimdar Seferov

Şəhid Elimdar Səfərov

26 İyul 1992
Ümumi məlumat

Elimdar Səfərov 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində dünyaya gəlib. O 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb.

Şəhid gizirimiz 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 4-ü Elmidar Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və gizir Səfərov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

O ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.