Sehid Dilsuz Qarayev

Şəhid Dilsuz Qarayev

23 Dekabr 1990
Ümumi məlumat

Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. O orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 6 ay xidmət keçdikdən sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət edib. Gizir məktəbini bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olub.

Paytaxtda xidmət edən Dilsuz ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edib və o, ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilib. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı igidimiz Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. Dilsuz Qarayev 3 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Aprelin 4-ü isə o doğulduğu Ağcabədi rayonunun Hindarx qəsəbəsində son mənzilə yola salınıb.

Şəhidimiz ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.