Azerbaycanin Milli Qehremani Fexreddin Necefov

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Nəcəfov

01 Yanvar 1970
Ümumi məlumat

4 sentyabr Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Fəxrəddin Vəliyəddin oğlu Nəcəfovun anım günüdür.

1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulub.

Şəhidimiz 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirib. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilib.

F. Nəcəfov 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə ona "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.  Qəhrəmanımız Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhəri 266 nömrəli tam orta məktəb bu Milli Qəhrəmanın adını daşıyır.