Şəhidin xatirəsinə həsr edilmiş karate turniri keçirilib

Sehidin xatiresine hesr edilmis karate turniri kecirilib

Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib.

Bu barədə AKF-nin mətbuat xidmətindən məlumat verilib.

Yarış Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub.

Tədbirdə Elfaq Nağıyevin valideynləri - atası Azad Nağıyev, anası Aytəkin Nağıyeva, Milli Məclisin deputatı, AKF-nin prezidenti Ülvi Quliyev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, deputatlar Göydəniz Qəhrəmanov, Pərvanə Vəliyeva, Mehriban Vəliyeva, Sevinc Fətəliyeva, Sevinc Hüseynova və 40-a yaxın şəhid ailə üzvləri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnirdə ümumilikdə 400-dən çox karateçi AKF tərəfindən şəhidin xatirəsinə xüsusi təsis edilmiş medallar uğrunda gərgin mübarizə aparıb.