Şəhidi təhqir edənləri hansı cəza gözləyir? — Elyar İslamoğlundan YENİ TƏKLİF 

Sehidi tehqir edenleri hansi ceza gozleyir? — Elyar Islamoglundan YENI TEKLIF 
Ötən gün sosial şəbəkələrdə   yayılan  ərəb turistlər tərəfindən Azərbaycan Şəhidlərinin məzarının təhqir olunması videosu narazılıq yaratdı.

Video yayıldıqdan  az müddət keçməmiş Azərbaycan polisi dərhal  hüquqi addımlar atdı.Xoşagəlməz görüntünü çəkib,yayan şəxslər saxlanıldı. İndi müzakirə mövzusu  həmin şəxslərin hansı  cəza alacağı  məsələsidir.

Polis işini gördü.Cəmiyyətin kəskin reaksiyası nəzərə alındı  və  hər  zaman  olduğu kimi  DİN əməkdaşları  çevik  reaksiya  verdilər.Burada müzakirə olunacaq bir məsələ yoxdur. Bəs,növbəti addımlar nə olacaq,yaxud olmalıdır?

Mövzu ilə bağlı  Şəhid mayor Vüsal Vəliyevin qardaşı, ictimai fəal Elyar İslamoğlu da mövqeyini bildirib.

Zeferinfo.az  xəbər  verir  ki, Elyar islamoğlu   bildirib  ki, bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir.

 

"Ali Baş Komandanın və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var. Amma şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericilikdə xüsusi maddə yoxdur. 

Şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi Milli Məclisin növbəti sessiyasında müzakirə edilib həllini tapmalı, bununla bağlı qanun qəbul edilməlidir. 

Şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Alnımızdan 30 illik ləkəni silən, ölkəmizin ərazi bütövlüyü, torpaqlarızın azadlığı uğrunda şəhid olan insanı təhqir etməyin ciddi cəzası olmalıdır. Bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir.

Bütün şəhid ailələrinin adından təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin",-deyə  Elyar  islamoğlu  bildirib.