Şəhid Ülvi Hacıyevin şəhidliyindən 5 il keçir Məzarı ziyarət olundu

Sehid Ulvi Haciyevin sehidliyinden 5 il kecir Mezari ziyaret olundu

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Ülvi Şirin oğlu Hacıyevin şəhidlik zirvəsinə ucalmasından 5 il tamam olur. Bu münasibətlə qəhrəman şəhidimizin xatirəsi ehtiramla anılıb və məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Dövlət Gömrük Komitəsinin əməkdaşları, həmçinin "İnkişafa və islahatlara Dəstək "İctimai Birliyinin sədri,DGK yanında İctimai Şuranın sədri Ramil Əliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə həmçinin Vətən müharibəsi şəhidi, Mayor Vüsal Vəliyevin qardaşı Elyar İslam oğlu və Vətən müharibəsi işirakcısı DGK-sinin əməkdaşı İqbal Səfərov da iştirak edərək Ülvi Hacıyevin ruhuna dualar oxuyub.

Ziyarət zamanı şəhidimizin vətənpərvərliyi, döyüşlərdə göstərdiyi şücaət, keçdiyi qəhrəmanlıq yolu barədə danışılıb. Onun Vətən uğrunda göstərdiyi igidlik bir daha minnətdarlıqla xatırlanıb.

Ülvi Hacıyev Azərbaycan gəncliyinin fədakarlıq və qəhrəmanlıq nümunələrindən biri kimi daim hörmətlə anılacaq.

Allah rəhmət eləsin.
Qəhrəman şəhidlərimizin ruhları daim şad olsun!