Şəhid Namiq Məmmədlinin birinci ildönümü keçirildi
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Məmmədli Namiq Ağəmməd oğlunun doğulduğu Bərdə rayonunun Təhlə kəndində birinci ildönümü keçirilib.
zeferinfo.az xəbər verir ki, anım mərasimində Namiqin döyüş yoldaşları, şəhid ailələri iştirak edib.
Qeyd edək ki, şəhid Namiq Məmmədli Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalı ilə, 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə isə "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", “Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla təltif edilib.