Şəhid Baş leytenant Vüsal Babayevin qızı Rüqəyyə birinci sinfə qədəm qoydu

Sehid Bas leytenant Vusal Babayevin qizi Ruqeyye birinci sinfe qedem qoydu
Azərbaycanın igid oğlu, Vətən uğrunda canından keçmiş şəhid Baş leytenant Vüsal Babayevin əziz yadigarı, qızı Rüqəyyə bu il ilk dəfə məktəb partasına əyləşib.
Zeferinfo.az
xəbər verir ki, Rüqəyya bala Atasının ruhunun işığında ilk dərs gününə başlayıb.
Sentyabrın 1-i – Bilik günü Rüqəyyə üçün həm sevincli, həm də kədərli anlarla yadda qaldı. Məktəb yoluna çıxmazdan öncə ailəsi ilə birlikdə atasının məzarını ziyarət edən Rüqəyyə, birinci sinfə qədəm qoymağın sevincini ata ruhu ilə bölüşüb. Göz yaşları ilə qarışıq qürur dolu anlar yaşayan ailə üçün bu gün həm kədərin, həm də fəxrin zirvəsi olub.
Məktəbin həyətində bayraqlar dalğalanır, müəllimlərin və şagirdlərin sevincli səsi yüksəlirdi. O izdihamda Rüqəyyənin gəlişi isə hər kəs üçün xüsusi idi. Müəllimlər onu sevgi və diqqətlə qarşıladılar. Partasına əyləşən balaca qızın gözlərində həm həyəcan, həm də atasına layiq olmağın böyük məsuliyyəti oxunurdu.
Xatırladaq ki, Şəhidin əmanətləri – gələcəyin işığlarıdir.
Şəhidlərimizin övladları bizim üçün sadəcə uşaqlar deyil, həm də qəhrəmanlarımızın əmanətidir. Vüsal Babayev və bütün şəhidlərimizin adı ailəsin, yaxınlarının, Vətənə sevgisi olan bütün vətəndaşların qəlbində daim yaşayır.
Bu gün isə şəhidimizin əmənəti onun qəhrəmanlıq ruhu balaca Rüqəyyənin məktəb yolunda özünü bir daha göstərdi. Hər kəs bilir ki, bu başlanğıc yalnız təhsilin deyil, həm də atasının şərəfli adını gələcəyə daşımağın addımıdır.
Rüqəyyənin timsalında bütün şəhid uşaqlarının məktəbə başlaması təkcə ailəsi üçün deyil, bütün Azərbaycan üçün qürur doğuran hadisədir. Şəhidlərimizin övladlarının hər uğuru, hər təbəssümü, hər arzusu xalqımız üçün müqəddəsdir. Bu, şəhidlərimizin canı bahasına qazandığımız azadlığın ən böyük bəhrəsidir.

Təbrik
Biz, Zeferinfo.az kollektivi olaraq, Rüqəyyə balanı ürəkdən təbrik edirik. Ona sağlamlıq, işıqlı sabah və uğurlu təhsil həyatı arzulayırıq. İnanırıq ki, atasının qəhrəmanlığı onun yoluna hər zaman nur saçacaq, Rüqəyyə bala isə bu müqəddəs adı daim ucaldacaq.