Şəhid Anasına doğum günü təbriki

Əziz Ruhiyə xanım,
Bu gün – Sizin doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin övladınız – qəhrəman şəhidimiz Rüfət Əhmədzadə Vətənimizin qürurudur. Onun adı daim uca tutulacaq, xatirəsi isə hər zaman bizimlə yaşayacaqdır.
Siz həm igid bir oğul böyütmüş bir anasınız, həm də bütün analar üçün mərdlik, güc və ləyaqət nümunəsiniz. Allah Sizə sağlamlıq, uzun ömür, güc və səbr versin. Doğum gününüz mübarək olsun!
Qeyd edək, Hədiyyə Qardaş Türkiyənin Kastamonu şəhərində Şəhidimiz Rüfət Əhmədzadənin təhsil aldığı Üniversitetin prorektoru tərəfindən, Ruhiyə xanıma 2021-ci ildə Kastamonuda olduğum zaman göndərilmişdi.Yaşasın Türkiyə Azərbaycan dostluğu Qardaşlığı.
Ramil Əliyev "İnkişafa və islahatlara dəstək"İctimai Birliyin sədri