Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

Sehid ailesi uzvleri ucun MIQ uzre vakansiya seciminin neticeleri aciqlanib
Şəhid ailəsi üzvləri üçün Müəllimlərin İşə Qəbul imtahanı üzrə vakansiya seçiminin nəticələri açıqlanıb.

Bu barədə Zeferinfo.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 26-27 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edək ki, 32 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.