Şəhid ailələri müharibə veteranları ilə iş adlı layihənin icrasına başlanılıb
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyi Şəhid ailələri və müharibə veteranları ilə iş adlı layihənin icrasına başlayıb.
Zeferinfo.az xəbər verir ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Məqsəd şəhid ailələri və müharibə iştirakçılarının mövcud problemlərinin həlli və daha sonra yarana biləcək problemlərin şəxslərin özü tərəfindən maddi və mənəvi resurslarının düzgün istiqamətləndirilməsi nəticəsində həll oluna bilməsi üçün hüquqi və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.
Sözügedən tədbirlərdə müharibə iştirakçıları və şəhid ailələrinin hüquqları, onlar üçün nəzərdə tutulan sosial yardımlar, güzəştlər, digər dövlət xidmətləri, bu xidmətləri həyata keçirən dövlət qurumlarının fəaliyyət istiqamətləri haqqında və xidmətlərə müraciət zamanı vətəndaşlara lazım olacaq sənədlər, müraciət şərtləri və prosesin gedişində yarana biləcək digər məsələlərlə bağlı mütəxəssislər tərəfindən davamlı olaraq məlumatlar veriləcək.
Layihə çərçivəsində 27 iyun tarixində Abşeron rayonunda, 28 iyun tarixində Bakı şəhərində hazırlıq görüşləri keçirilb. Nəzərinizə çatdırırıq ki, layihə 4 ay davam edəcək.