Şəhid ailələri Quba Şahdağ Truskavets sanatoriya mərkəzində müalicə alırlar
Vətən Naminə Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovanın təşəbbüsü ilə şəhid ailələri və qazilər Quba Şahdağ Truskavets sanatoriya mərkəzində müalicə alırlar.
Zeferinfo.az-a verilən məlumata görə sözügedən ziyarət yalnız müalicə məqsədi daşımır, həm də mənəvi dəstək üçün şəhid ailələri ilə görüşlər təşkil edilir.
Tünzalə Abduləlimova bildirib ki, bu layihənin əsas məqsədi şəhid ailələrinin bir-birini tanıması və bir-birinə dəstək olmasıdır. Görüşlər zamanı qonaqlar həm müalicə alır, həm də bir-biriləri ilə yaxın əlaqələr qururlar.
Layihə, "Vətən Naminə" və Quba Şahdağ Truskavets rəhbərlərinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. Vətən Naminə Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri onu da vurğulayıb ki, Qarabağda şəhid olan oğullarımızın qanı yerdə qalmadı və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə bu gün bütün dünyada başımız ucadır: "Qarabağ Azərbaycandır!".