Səfir turizm şirkətini ziyarət etdi -FOTOLAR

Sefir turizm sirketini ziyaret etdi -FOTOLAR
Yanvarın 15-də Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk xanım Turganer “Millennium Turizm, Konqress DMC” şirkətini ziyarət edib. Görüş zamanı təmsilçi Lefke Avrupa Universitetinin dəstəyi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının idarə heyətinin sədri və “Millennium Turizm,Konqres DMC” şirkətinin prezidenti Ruslan Quliyevin təşəbbüsu ilə yaradılan “Kıbrıs Türk Evi” ilə tanış olub və xatirə dəftərinə öz ürək sözlərini yazıb. Görüş zamanı iki ölkə arasında turizm, təhsil və digər sahələr üzrə fikir mübadiləsi aparılmış, 2025-ci ildə nəzərdə tutulan tədbirlər planı müzakirə olunmuşdur. Ufuk xanım Turganer “Kıbrıs Türk Evi”-nin gələcək fəaliyyətinə uğurlar arzulayıb və öz təşəkkürlərini bildirib. Ufuk Turganer bildirib ki, belə layihələrin həyata keçirilməsi Türk Dövlətləri arasında hərtərəfli əlaqələrin inkişafına əvəzsiz töhfədir. Görüş zamanı Ruslan Quliyevə baş təmsilçisi Ufuk xanım Turganer tərəfindən xüsusi təşəkkür plaketi təqdim olunub.