Səfir: Azərbaycan və Çin münasibətləri yeni səviyyəyə yüksəlir

Sefir: Azerbaycan ve Cin munasibetleri yeni seviyyeye yukselir

Çin və Azərbaycan arasında strateji münasibətlər var.  

Zeferinfo.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə deyib.

Diplomat Azərbaycan və Çin arasındakı münasibətlərin yeni səviyyəyə yüksəldiyini vurğulayıb:

”İki ölkə arasında qarşılıqlı dostluq əlaqələri möhkəmlənib. Çin-Azərbaycan arasında strateji münasibətlər var. Gələcəkdə hər iki tərəf bütün razılaşmaları icra etməlidir”.

Səfir qeyd edib ki, Çin Azərbaycanla sıx əməkdaşlıq etməyə və həmrəyliyi gücləndirməyə hazırdır: ” Azərbaycan iqtisadi qloballaşmanın və çoxtərəfli ticarət sisteminin güclü tərəfdarı və fəal iştirakçısıdır. Biz çoxtərəfli ticarət sisteminin müdafiəsi naminə birgə səylər göstərməyə sadiqik,"

Səfir əlavə edib ki, hər iki ölkə qlobal sənaye və açıq əməkdaşlığa əsaslanan beynəlxalq mühitin təşviqi və hamı üçün ortaq rifahın təmin olunması məqsədilə iqtisadi qloballaşmanı irəli aparmaq istiqamətində əməkdaşlıq edəcək.