Səfir: 15 iyulda Azərbaycanın Türkiyəyə güclü dəstəyini xatırlayırıq

Bu gün tarixi gündür. 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu zəfər hamımızındır.
Zeferinfo.az xəbər verir ki, bunu Türkiyə Səfirliyində “15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.