Tədbirdə çıxış edən şirkətin rəhbəri Serkan Kamer jurnalistləri mətbuatın 150 illiyi münasibətilə təbrik edib. O, çıxışında 2025-ci ilin Azərbaycan mətbuatı üçün əlamətdar il olduğunu vurğulayıb:
“Bu il həm Azərbaycan mətbuatının 150 illiyi, həm də Azərbaycan Ordusunun Qarabağda qazandığı Zəfərin 5 illiyidir. Bu münasibətlə hər kəsi ürəkdən təbrik edirəm,” – deyə Serkan Kamer bildirib.
Daha sonra jurnalistlər şirkətin ofisini ziyarət edərək “SBC Otomasyon Sistemləri”nin fəaliyyəti ilə yaxından tanış olublar.
Qeyd edək ki, “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.” artıq 15 ildir Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət bina idarəetmə sistemləri, montaj və nəzarət xidmətləri, yaşıl bina sertifikatlaşdırılması, eləcə də bina və otaq avtomatlaşdırılması sahələrində yüksək keyfiyyət və peşəkarlıqla xidmət göstərir.
Bu illər ərzində şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Park Bulvar AVM, JW Marriott Hotel, Kristal Hall, Mərkəzi Klinika, Marriott Boulevard Hotel, Port Baku Tower-1 və 2, BP Khazar Center, Bakı Olimpiya Stadionu, Şahdağ Pik Palace Hotel, Şahdağ Park Chalet Hotel, Crescent Mall, Crescent City Tower, Crescent Place Tower, CB-11 Biznes Mərkəzi (2020), Passage Mall (Piyada keçidi və ictimai parking), Gateway Office Building və digər mühüm layihələrin etibarlı tərəfdaşına çevrilib.
Görüşün sonunda xatirə fotosu çəkilib.