Sarayda qəbiristanlıqda fəhləni cərəyan vuraraq öldürüb

Sarayda qebiristanliqda fehleni cereyan vuraraq oldurub
Abşeronda qəbiristanlıqda fəhlə işləyən 47 yaşlı kişini elektrik cərəyanı vurub.

Zeferinfo.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Saray qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Mehdiyevi ehtiyatsızlıqdan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.