Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb

Zeferinfo.az Komitəyə istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.