"Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında tərəfdaşlıq imkanları müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astanaya səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib.
Zeferinfo.az xəbər verir ki, görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr, o cümlədən nəqliyyat-logistika və telekommunikasiya sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib.
