Salyanda ağır yol nəqliyyat hadisəsi baş verib.
Zeferinfo.az xəbər verir ki, qəza Ələt-Astara avtomobil yolunun rayonun Yenikənd kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində Qəribxan Qəfərov hadisə yerində ölüb.
Xəsarət alan Şahlar Rzayev və Sevinc Qasımova isə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.