Zeferinfo.az Bakupost.az -a istinadən xəbər verir ki, bu günlərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin olunması barədə sərəncam imzalanıb.
Sərəncama əsasən, 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
Xatırladırıq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb.
12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov 2024-cü il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb.