Sahibə Qafarova G20 ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində iştirak edəcək

Sahibe Qafarova G20 olkelerinin Parlament Sedrlerinin 11-ci Sammitinde istirak edecek

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına (CAR) işgüzar səfərə gedib.

Zeferinfo.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Keyptaun beynəlxalq hava limanda CAR parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri səfər çərçivəsində "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.

S.Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.