Sahibə Qafarova Ankarada Ümumilli Liderin abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Zeferinfo.az-ın məlumatına görə, spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə güllər düzərək xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb və bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.