Sabahdan Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb.
"Qeyd olunanları nəzərə alaraq 09 may 2025-ci il saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri tövsiyə olunur.
Xatırladaq ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın bir sıra prospekt və küçələrində razılaşdırılmış qrafikə uyğun olaraq əsaslı yenidənqurma işləri vaxt məhdudiyyətini nəzərə alaraq fasiləsiz davam etdirilir", - qurumdan bildirilib.