Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda gorunus mesafesi mehdudlasacaq
Sabah dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Zeferinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 26-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.