Sabah MSK-nın iclası keçiriləcək, Ramil Həsənin deputat fəaliyyətinə xitam veriləcək

Oktyabrın 15-i Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, iclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən etibarən başlaycaq.