Sabah güclü külək gözlənilir - XƏBƏRDARLIQ
![Sabah guclu kulek gozlenilir - XEBERDARLIQ](https://zeferinfo.az/uploads/2025/02/1-1064.jpg)
Sabah bəzi bölgələrdə güclü külək gözlənilir.
Zeferinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xəbərdarlığa əsasən, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.