Saatlıda çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı

Saatlida cetene kollarinin kultivasiyasini teskil eden qadin saxlanildi
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Çinarə Astanova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Zeferinfo.az-a verilən məlumata görə, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Back To Top